İranda iqtisadi böhran yeni mərhələyə qədəm qoymağa başlayıb.
Tribuna.az xəbər verir ki, bir neçə gün əvvəl İran prezidenti Məsud Pezeşkian da bunu etiraf edib.
O bildirib ki, vəziyyəti nizama salmaq üçün addımlar atırlar. Lakin bunun kifayət etmədiyini də qeyd edib. “Neft sata bilmirik. Ona görə də, əlavə gəlir imkanlarımız məhdudlaşır”.
İran Ticarət Palatasının rəsmisi Davud Rəngi isə dəniz blokadası şəraitində quru yolları ölkənin ehtiyaclarını ödəmədiyini bildirib. “Böhrandan çıxış yolu yalnız danışıqlar və hərbi gərginliyin azaldılması yolu ilə mümkündür”.
İranlı ekspert Əli Hüseyn Qazizadə isə hesab edir ki, əgər Vaşinqton dəniz blokadasını davam etdirə bilsə, İranın ixracına, idxalına və maliyyə resurslarına təzyiq artacaq. “Belə olan halda, hökumət ya razılaşmaq məcburiyyətində qalacaq, ya da tədricən eroziyaya və çöküşə doğru irəliləyəcək”.
Fərda Uğur









