İnstaqramın insanları kökəltdiyi, iştahı artırdığı və sonradan xilas ola bilməyəcəyimiz əlavə çəki qazandırdığı məlum olub.
Tribuna.az yazır ki, Türkiyədə aparılan araşdırma nəticəsində bu qənaətə gəliblər. Məlum olub ki, maraqlı və fərqli yeməklər daha çox İnstaqram sosial şəbəkəsində paylaşılır. Həmin səhifələrin izləyiciləri də həddən artıq çox olur. İzləyicilər arasında aparılan sorğudan sonra məlum olub ki, yemək səhifəsi izləyiciləri zamanla kökəlirlər. Kökəlməyə səbəb paylaşılan yeməklərin iştah artırması, yeməyə meyillilik yaratmasıdır. Belə yeməklər hətta tox adamı belə yemək yeməyə həvəsləndirir. Bu da şişmanlıq, artıq çəki problemi yaradır.
Dəniz Pənahova









