Məşhur Britaniya nəşri “The Guardian” 2019-cu ilin 100 ən yaxşı futbolçusunun siyahısını tərtib edib.
TİA.AZ xəbər verir ki, ilim ən yaxşısı “Barselona”nın hücumçusu Lionel Messi seçilib.
Siyahıda ikinci yerdə “Liverpul”un müdafiəçisi Vircil van Deyk, üçüncü yerdə isə onun klub yoldaşı Sadio Mane qərarlaşıb.
“Yuventus”un ulduzu Kriştianu Ronaldu isə bu siyahıda dördüncü yerdədir.
Növbəti yerlərdə Muhammed Salah, Kilian Mbappe, Robert Levandovskiy, Rahim Sterlinq, Alison Beker və Frenki de Yonq qərarlaşıblar.









