Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası ərəfəsində maraqlı açıqlama verib.
Tribuna.az xəbər verir ki, o, bir neçə gün əvvəl Gorus-Qars dəmiryolunun açıldığını vurğulayıb.
Lakin dünən o, daha bir neçə dəmir yolu xəttinin də açılacağının anonsunu verib. “Yaxın gələcəkdə şimal dəmir yolumuzu da açacağıq. Biz iki qolu (İcevan-Hrazdan və Vanadzor-Gümri) birləşdirəcək və ən qısa dəmir yolu marşrutunu əldə edəcəyik”.
Erməni mediası isə yazır ki, təkcə bu xətt deyil, spvet vaxtı işlək olmuş İcevan-Qazax dəmiryolunun açılması məsələsi də gündəmdədir. Belə ki, rəsmi İrəvan Rusiya və Orta Asiyadan daşınacaq yükləri birbaşa qəbul etmək fikrindədir.
Xatrladaq ki, hazırda Ermənistan Rusiya və Orta Asiyadan aldığı məhsulları Gürcüstan üzərindən keçməklə əldə edir.
Fərda Uğur









