HP 9 min əməkdaşını işdən çıxaracaq

HP 9 min əməkdaşını işdən çıxaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın HP korporasiyası xərclərini azalmaq üçün işçilərinin 16%-ni ixtisar edəcək.

TİA.AZ  xarici mətbuata istinadən xəbər verir ki, informasiya texnologiyaları nəhəngi işçi heyətinin sayını təxminən 9 min nəfər azaldaraq 55 mindən 46 minə endirməyi planlaşdırır.

Bu addım korporasiyaya 2022-ci ilin sonuna qədər 1 milyard ABŞ dollarına qənaət etməyə imkan verəcək.