HƏKİM ƏMƏLİYYAT ZAMANI XƏSTƏNİ YUMRUQLADI

HƏKİM ƏMƏLİYYAT ZAMANI XƏSTƏNİ YUMRUQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səlahiyyətlilər Çində bir göz cərrahının əməliyyat zamanı xəstəni yumruqla vurması ilə bağlı iddialardan sonra göz xəstəxanaları zəncirini araşdırmağa başlayıb.

Tribuna.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə Çində, sosial mediada yayılan və qəzəbə səbəb olan videoda aşkarlanıb.

Xəstəxanalar şəbəkəsinin bağlı olduğu şirkət “Aier China” videoda görünən cərrahın və 2019-cu ildə baş verdiyi bildirilən yumruq olayının olduğu xəstəxananın idarə heyətinin sədrinin işdən çıxarıldığını açıqlayıb.

Göz xəstəxanaları zəncirini idarə edən Aier China, hadisənin ölkənin cənub-qərbindəki Quiqanq şəhərindəki xəstəxanada baş verdiyini açıqladı.

Videoda adı açıqlanmayan göz cərrahının əməliyyatı yerinə yetirərkən xəstəyə ən azı 3 dəfə yumruq vurması görünür.