Həbib Nurməhəmmədov karyerasını tezliklə bitirəcəyinə işarə edib

Həbib Nurməhəmmədov karyerasını tezliklə bitirəcəyinə işarə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov tezliklə kariyerasına son qoyacağı barədə danışıb.

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rusiyalı idmançı bu barədə instaqram hesabında yazıb.

“Daima döyüşmək alınmır, hər oyunun bir sonu var. Sadəcə, özüm özümə cavab verirəm ki, belə daha yaxşıdır”, – deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı idmançı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.