Füzulidə doğuş zamanı uşaq öldü

Füzulidə doğuş zamanı uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.
Hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 19 yaşlı Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.