Fransadakı qadağa Azərbaycanda da tətbiq ediləcək?

Fransadakı qadağa Azərbaycanda da tətbiq ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yeniyetmələrin sosial şəbəkələrə daxil olması qanunla qadağan edildi. Azərbaycanda da bir çoxları bu qadağanı müsbət qiymətləndirir.
Bu qadağaya müsbət yanaşanlar da var.

Tribuna.az xəbər verir ki, politoloq Zaur Məmmədovun fikrincə, bu qadağanın saysız müsbət tərəfləri var:

“Fransa parlamentariləri yeniyetmələrin sosial şəbəkələrə daxil olmasını qadağan edən qanunu qəbul etdilər. Bu cür qanunlar bəzi digər ölkələrdə də var.

18 yaşa qədər hər kəsə, ələlxüsus video və foto kontentli şəbəkələrə girişin qadağa olunmasının heç bir mənfi tərəfi yoxdur. Müsbət cəhəti isə saysız – hesabsızdır”.

Uşaq həkimi-pediatr Vaqif Qarayev də belə qadağaların uşaq və yeniyetmələrin inkişafına müsbət təsir göstərdiyini bildirib:

“Uşaqlara sosial şəbəkə qadağası bəzi ölkələrədə tətbiq olunur artıq.
” Uşağım çox əsəbidir” sözünü az qala hər valideyndən eşidirik. Hər uşağın öz səbəbi var. Amma ümumi səbəb də var! – Sosial şəbəkədəki oyunlar!
Siz uşaq oyunu izləyərkən fikir verin. Ekranda nə görür onu təkrar edir. Jestlər, mimikalar, hərəkətlər, səs-küy, qışqırıq – hamısını təkrarlayır, hamısı da aqressiv hərəkətlərdir!

Ya da uşaq oyuna baxarkən sizi eşitmir, nə etsəniz belə reaksiya vermir, çünki bütün diqqəti ordadır. Sonra da hansısa həkim bu praktik sağlam uşağa autistik spektr diaqnozu qoyub sizi çöllərə (həkimlərə) salır.

Uşağın əyləncəsi üçün alternativlər kifayət qədərdir. Valideyn də istək olsa, tapacaq”.

Gülşən Rəsul