Fransada etirazçıların sayı 1 milyonu keçdi

Fransada etirazçıların sayı 1 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayişlər əsasən Paris, Tuluza, Lion, Monpelye, Marsel və Bordo şəhərlərində keçirilir

 

Fransada pensiya islahatları əleyhinə aksiyalara qoşulanların sayı artaraq 1,5 milyon nəfər olub.

 

TİA.AZ xəbər verir ki, bu haqda “La Figaro” qəzeti yazıb. Daxili İşlər Nazirliyinin açıqlamasında etirazçıların sayının 806 min nəfər olduğu qeyd edilib. Onlardan 65 min nəfəri Parisdə mitinq edir.

 

Nümayişlər əsasən Paris, Tuluza, Lion, Monpelye, Marsel və Bordo şəhərlərində keçirilir.

 

Qeyd edək ki, yeni islahatlar pensiya yaş həddinin 62-dən 64-ə artırılmasına nəzərdə tutur.