“Zəngəzur dəhlizi Cənubi Qafqazın tranzit və geosiyasi balansını dəyişə bilər”.
Tribuna.az xəbər verir ki, bu fikirlər İranda yayınlanan “Fars News” saytında dərc edilmiş “Trampın İran və Rusiya üçün Zəngəzur planının detalları” adlı məqaləsindəndir.
Sayt qeyd edib ki, Tehran üçün məsələ təkcə Ermənistan ərazisində yol və ya dəmir yolunun çəkilməsi deyil. “Marşrutun hüquqi statusu, idarəetmə mexanizmi və İranın Ermənistanla quru əlaqələrinə mümkün təsiri əsas məsələlərdir”.
“Fars News” yazır ki, Zəngəzur layihəsi İran üçün həm imkan, həm də risk yaradır. “Yeni marşrutların inkişafında İranın mövqeyi zəifləyərsə, ölkə Cənubi Qafqazın tranzit və kommunikasiya şəbəkəsində əvvəlki təsir imkanlarının bir hissəsini itirə bilər”.
Sayt sonda qeyd edib ki, Zəngəzur məsələsi İran üçün “Qafqazda kor nöqtə”dir. “Tehranın layihəyə yalnız siyasi reaksiyalarla deyil, uzunmüddətli tranzit və regional strategiya ilə yanaşmalıdır”.
Fərda Uğur









