“Qum təpələrindəki qadın” kimi tanınan Rut Mari Terrinin cinayət işi, qadının əri Qay Maldavinin onu 1974-cü ildə öldürdüyünü aşkarlaması ilə rəsmi olaraq bağlanıb.
Tribuna.az xəbər verir ki, Terrinin cəsədi 26 iyul 1974-cü ildə Provinstaunda qum təpələrində tapılmışdı. Qadının kəllə sümüyünə küt qüvvə ilə aldığı travmadan öldüyü bildirilirdi. Müstəntiqlər 2021-ci ildə DNT testi keçirilməyənə qədər Terrinin şəxsiyyətini müəyyən edə bilmirdilər. Belə ki, Terrinin qətli zamanı törədilən zorakılıq halları hakimiyyət orqanlarının onun şəxsiyyətini müəyyən etməyə mane olurdu.
![]()
Qatil barmaq izlərini gizlətmək üçün Terrinin əllərini kəsib və başını əzib. Cəsəd tapıldıqda baş bədəndən ayrılmaq üzərə olub. Cinayətkar Maldavin isə 2002-ci ildə vəfat edib. Terrinin qalıqları müəyyən edildikdən sonra Massaçusets ştatının polisi araşdırmaları öz üzərinə götürüb. Əməliyyatçılar Terri və Maldavinin 1973 və ya 1974-cü ildə evləndiklərini və 1974-cü ilin yayında bal ayı üçün səyahətə çıxdıqlarını öyrəniblər. Terrinin ailəsinin sözlərinə görə, onlar bal ayı zamanı dava ediblər və bundan sonra qadından bir daha xəbər almayıblar. Qatil, 1960-cı ildə Sietldə əvvəlki həyat yoldaşının və ögey qızının ölümündə də şübhəli bilinib.









