Rusiya ordusunun çağırışçı əsgəri növbəni dəyişərkən xidmət yoldaşlarına xüsusi amansızlıqla divan tutub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zabaykalsk vilayətinin Qornıy qəsəbəsində yerləşən hərbi hissədə baş vermiş insident zamanı 8 hərbçi həlak olub,2-i yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgər “şəxsi problemləri” fonunda əsəb sarsıntısı keçirib və xidmət yoldaşlarını güllələyib. Lakin nazirlik əsgərin problemlərinin hərbi ximətlə bağlı olmadığını bildirir. Qətliamı törədən əsgər sağ ələ keçirilib.
Xəbərlərə görə hadisəni törədən əsgər 4 aydır həmin hərbi hissədə xidmət edirdi. O, hərbi hissənin ərazisindəki hərbi hazırlıq kompleksində növbə dəyişərkən tabeçiliyində olan avtomatdan xidmət yoldaşlarına atəş açıb. O, qurbanlarının başını nişan alıb, yaralılara kontrol atəşi açıb. Ölənlər arasında iki zabit və müqavilə əsasında xidmət keçən iki hərbçi də var.
Bu, son illər Rusiya ordusunda baş vermiş ən ciddi insidentdir.









