Məlum olduğu kimi, bu gün Azərbaycandan Ermənistana növbəti benzin partiyası göndəriləcək.
Tribuna.az xəbər verir ki, bununla bağlı erməni meddiasında gedən müzakirələrdə müxalifət daha çox etirazçı tərəf kimi çıxış edir.
Siyasətçi Hrayr Kamendatyan isə bildirib ki, Ermənistan bazarı Azərbaycan üçün cəlbedici deyil. Onun sözlərinə görə, rəsmi Bakı benzin satmaqla kifayətlənəcək. “Hökumətin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ermənistan bazarı ilə maraqlanmır. Çünki bu bazar onun üçün çox kiçikdir”.
Qəribə açıqlamalardan birini isə erməni siyasətçi Armen Manvelyan dilə gətirib. O iddia edib ki, Ermənistana benzini Azərbaycan yox, Britaniya satır. “Azərbaycanın neft və qaz sistemi British Petroleum şirkətinin əlindədir. Ona görə də, bizə nefti Azərbaycan yox, Britaniya satır”.










