Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)

Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hazırda Azərbaycanda mövcud olan məscidlərin ümumilikdə sayı 2 387-dir.
Tribuna.az xəbər verir ki,  bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, respublikamızda məscidlərin sayı bölgələr üzrə fərqlidir. Ölkəmizdə ən çox məscid Lənkəran-Astara bölgəsində (612 məscid), ən az məscid isə Qazax-Tovuz regionunda (30 məscid) yerləşir. Bakı şəhərində 147 məscid mövcuddur.
Məlumata görə, hazırda ölkənin fərqli bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası, yeni ibadət yerlərinin tikintisi istiqamətində mühüm işlər həyata keçirilir.