Əl-Bağdadinin bacısı saxlanılıb

Əl-Bağdadinin bacısı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

TİA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, – deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.

Hazırda İŞİD liderinin bacısı sorğulanır. “Reuters”in məlumatına görə, R.Avadla birgə əri və gəlini də saxlanılıb.