Dünyanın ən böyük halal tədbiri hesab edilən Dünya Halal Zirvəsinin beşincisi sabah İstanbulda başlayacaq.
TİA.AZ BAKU.WS-a istinadən xəbər verir ki, Zirvə çərçivəsində Halal Sərgisi də baş tutacaq.
Sərgidə 50 ölkədən 500-ə yaxın şirkət iştirak edəcək. 9 mindən nümayəndənin qatılacağı Zirvədə isə hala ticarət müzakirə ediləcək. 1 dekabra qədər davam edəcək tədbirin mövzusu isə “Bütün nəsillər üçün halal: Ailənin və Gəncliyin Önəmi” olacaq.
Məlumat üçün bildirək ki, 2021-ci ildə halal bazarın həcminin 7 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bunların arasında halal maliyyənin 3,5 trilyon dollar, ərzaq və içkinin 1,9 trilyon dollar, kimyəvi məhsullar və dərmanın 1 trilyon dollar, dini geyimlərin isə 243 milyard dollar həcmində olacağı gözlənilir. Sərgidə şirkətlər də bundan pay götürməyə çalışacaqlar.









