DSMF-nin Şamaxı rayon şöbəsinin sədri işdən çıxıb

DSMF-nin Şamaxı rayon şöbəsinin sədri işdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov “APA-Economics”ə faktı təsdiq edib.
F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: “Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.