Dənizdə boğulan gənci dronla tapdılar – Video

Dənizdə boğulan gənci dronla tapdılar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dənizdə boğularaq itən gənci sahildəkilər dronun köməyi ilə tapıblar.

Tribuna.az xəbər verir ki, hadisə Tükiyədə baş verib.
Belə ki, bir gənc üzərkən gözdən itib. Dostları onu tapa bilmədiyi üçün narahat olublar. Sahildə olan İlker Ceylan adlı şəxs dronla dənizdə itən gənci axtarıb.

Dronla gəncin dənizin dibində olduğu görünüb. Dronun müəyyən etdiyi yerə sahildəkilər üzərək gənci sudan çıxarıblar.

İlkin yardımdan sonra gənc xəstəxanaya yerləşdirilib. Lakin onun vəziyyəti, sağ olub-olmaması barədə məlumat yoxdur.

Nigar İxtiyarqızı