Dövlət qurumlarının “kağızsız hökumət” yalanı

Dövlət qurumlarının “kağızsız hökumət” yalanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi Sahib Məmmədov dövlət xidmətlərinin elektronlaşdırılması ilə bağlı mövcud vəziyyəti tənqid edib.

Tribuna.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, son günlər dövlət orqanlarından bir xidmət alarkən prosesin bir hissəsinin elektronlaşdırıldığı deyilsə də, bunun praktiki nəticəsi fərqli olub.“Xidmətin bir hissəsi elektronlaşdırılıb. Həmin elektronlaşmış hissə ilə bağlı 7–8 vərəq sənəd çap olunub mənə verildi” – deyə o qeyd edib.

Məmmədovun sözlərinə görə, ölkədə 4 mindən artıq dövlət xidməti mövcuddur və onların təxminən 600-ə yaxınının guya elektronlaşdırıldığı bildirilsə də, real vəziyyət bunu tam əks etdirmir.

O hesab edir ki, elektronlaşma prosesi hələ başlanğıc mərhələsindədir.

“Son 5 ildə dövlət orqanları və təsisatları nə qədər kağıza qənaət edib? Əmin olun ki, nəinki azalma yoxdur, əksinə sərfiyyat artıb”, – deyə paylaşımda vurğulanır.

S. Məmmədovun fikrincə, mövcud şəraitdə “kağızsız hökumət” ifadəsi reallığı tam əks etdirmir və prosesin mahiyyəti yenidən qiymətləndirilməlidir.

Gülşən Rəsul