Dövlət Agentliyinin şirkətinin borcu yarım milyona çatır

Dövlət Agentliyinin şirkətinin borcu yarım milyona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin dövlət qarşısında vergi borcu yarım milyona çatır.
Tribuna.az xəbər verir ki,  bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə borcu 488 089.64 manat təşkil edir.

Qeyd edək ki, 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir. O, daha əvvəl 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru olub.

Sənan Məmmədli