Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.
“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Beysukentdə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Ə. Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.
Sentyabrın əvvəllərində AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət etmişdi.










