“Şamaxı”nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Tribuna.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən bildirilib.
Buna braziliyalı müdafiəçinin “Sabah”a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnməsi sabəb olub.
İlk hissədə əvəzlənən oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.
Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində “Şamaxı”ya keçmişdi.









