Daun sindromunun Azərbaycanda artma səbəbi – Həkim AÇIQLADI

Daun sindromunun Azərbaycanda artma səbəbi – Həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim-pediatr Vaqif Qarayev Azərbaycanda Daun sindromlu uşaqların sayının artma səbəblərinə aydınlıq gətirib. 

Tribuna.az xəbər verir ki, həkim bu sindromun Azərbaycanda yayılmasını iki səbəbini açıqlayıb.

“Azərbaycanda Daun sindromlu şəxsələrin sayı artıb. Genetik xəstəlikdir, amma həyatın sonu deyil! Yüngül formalı xəstələr hamı kimi normal həyat tərzi keçirə bilir. Digər hallarda vaxtında reabilitasion tədbirlərə başlanılsa, həyatda çox əziyyət çəkmir bu insanlar.

Səbəbi nədir? Mən bizim üçün xarakterik iki səbəbi yazacam:

1. Bütün dünyada ananın 35+ yaşı risk faktordur. Bizdə isə 18- yaşlı qızlarrın ailə qurması təhlükəlidir.

2.Yaxın qan qohumluğu ciddi risk faktordur.

Bu məsələ ətrafında aparılan qızğın mübahisələr mənasızdır!”, – deyə o bildirin.

Gülşən Rəsul