Limanlar olmadan xarici şirkətlər Ukraynaya investisiya qoymayacaqlar, çünki ölkə öz ərazisindən resursları ixrac edə bilməyəcək.
Tribuna.az xəbər verir ki, bu, “Parlamentní listy” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə bildirilib ki, Odessa yenidən liman şəhərinə çevrilərsə, artıq Ukrayna olmayacaq.
Dənizə çıxışı olmayan bir ölkə kimi Ukrayna iqtisadi cəhətdən Qərb sponsorları üçün cəlbedici olmayacaq.
Məqalənin müəllifi hesab edirlər ki, dəniz limanlarına hücumlar Ukraynadakı iqtisadi böhranı daha da pisləşdirəcək.









