Çempionlar Liqasında V turun ikinci oyun günü başlayıb.
TİA.AZ-ın məlumatına görə, turun ikinci gününün iki qarşılaşması başa çatıb.
G qrupunda “Zenit” “Lion”u qəbul edib. Qələbə qazanan Rusiya klubu xal hesabında fransalılara çatıb və şəxsi oyunlardakı üstünlüyə görə 2-ci sıraya yüksəlib.
H qrupunda “Valensiya” öz meydanında “Çelsi”ni qəbul edib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, tura saat 00:00-da başlayacaq 6 matçla yekun vurulacaq.
Çempionlar Liqası Qrup mərhələsi V tur 27 noyabr
G qrupu
21:55. “Zenit” (Rusiya) – “Lion” (Fransa) – 2:0
Dzyuba, 42, Ozdoyev, 84
H qrupu
21:55. “Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:2
Soler, 40, Vass, 82 – Kovaçiç, 41, Pulişiç, 50









