Paytaxtda bu cür zəlzələ təkanlarının sayı artsa, davamlı olaraq bele təkanlar olsa paytaxtdakı əksər qəzalı köhnə binalar yerlə bir olar.
Tribuna.az xəbər verir ki, bu barədə əmlak eksperti Elnur Fərzəliyev yazıb. O bildirib ki, ancaq çoxunu zəlzələnin əmlak bazarına təsiri maraqlandırır:
“Zəlzələnin əmlak bazarına təsirindən danışmaq hələ tezdir. Təsirləri bir qədər sonra hiss ediləcək. Ancaq Bakı şəhərində bu cür təkanlar olub və adətən bazar qiymətlərinə o qədər də təsir etməyib. Ancaq qorxulu olan odur ki, hazırda təkcə Bakı şəhərində cox sayda qəzalı kimi qeydə alınmış köhnə coxmənzilli yaşayış binaları var. Bu olduqca təhlükəkidir. Əgər belə təkanlarda dağıntı baş vermirsə buna arxayın olmaq olmaz. Qəzalı binalarla bağlı tez bir zamanda qərar verilməli və tədbir görülməlidir”.









