“Əmək qabiliyyətli əhalinin, daha doğrusu rəsmi işləyənlərin maaşlarına əlavələr olunmalıdır. Sosial təminat hüququ əsasında, sosial müavinət alanlar (işsizlər) dövlətdən işsizlik ödənişi alırlar”.
Tribuna.az-a açıqlamasında verən İqtisadiyyat üzrə Fəlsəfə Elmləri doktoru, iqtisadçı-ekspert Günay Hüseynova deyib.
İqtisadçı təklif irəli sürərək bildirib:
“Əgər şirkət vətəndaşı ixtisarla işdən çıxarıbsa, onun işsizlik müavinəti almaq hüququ var. Həmin şəxslərin övladı da varsa, onların nəvacibində artırılma olmalıdır”.
G. Hüseynovanın sözlərinə görə, məlumdur ki, uşaq pulu ilə bağlı dövlət proqramı nəzərdə tutulmayıb. Növbəti ilin büdcə proqnozunda da bununla bağlı açıqlama yoxdur. Yəni bu o deməkdir ki, uşaqpulu verilməyəcək. Mənim təklifim ona əsaslanır ki, hər kəs öz hüququnu müdafiə etməkdə maraqlı deyil. Maaşlar aşağı göstərilir. Bu da gələcəkdə pensiya təminatına təsir edən amillərdəndir. İşçi narazılıq da edə bilmir. Çünki deyəcəklər ki, “işdən çıx”. Bir növ ƏDV sistemi kimidir. İndi hər kəs mağazalardan ƏDV tələb edir. Düşünürəm ki, belə olsa, hər kəs haqqını tələb edərdi.
Məsələnin digər qisminə toxunan Ekspert vurğulayıb:
“İcbari sığortanın hazırda etdiyi gizli işsizlər. Repititor fəaliyyəti, kəndlərdə məhsulunu satışa çıxaran, gəlir əldə edən şəxslər gəlir vergisi vermir və bu da qanuna ziddir. Ona görə də, bu şəxslər dövlətə vergi versələr, buna əsasən də onların övladları uşaqpulundan faydalana biləcək”.
Dəniz Pənahova










