BU ÖLKƏDƏ 28 MİN ŞİRKƏT MÜFLİS OLACAQ

BU ÖLKƏDƏ 28 MİN ŞİRKƏT MÜFLİS OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yüksək faiz dərəcələri və borclanma xərcləri səbəbindən gələn il ümumilikdə 28 min şirkət müflis ola bilər.

Tribuna.az Haber Türk-ə istinadən xəbər verir ki, Mərkəzi ofisi Londonda olan İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi tərəfindən edilən şərhdə, ilin ikinci rübündə cəmi 6342 şirkətin iflasa uğradığı xatırladılır, qurumun modelləşdirməsinə görə, hər birində 7 min şirkət 2024-cü ilin rübündə ölkədə cəmi 28 min şirkətin iflas riski ilə üzləşə biləcəyi qeyd edilib.

İngiltərə Bankının faiz artırma siyasətinin əksi olan açıqlamada, “Əgər böyük investisiyalar yüksək borclanma xərcləri səbəbiylə gecikirsə və şirkətlər iflas etməyə davam edərsə, bunun iqtisadiyyata ciddi təsirləri olacaq.

İngiltərə hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə müflis olan şirkətlərin sayı 6342 ilə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Keçən ay İngiltərə Bankı (BoE) siyasət faizini 25 əsas bənd artıraraq 5,25 faizə çatdırdı.

Beləliklə, siyasət faizi son 15 ilin ən yüksək səviyyəsinə çatıb.

İngiltərə Bankı inflyasiya hədəfini 2 faiz səviyyəsində saxlamağa davam edir.