BU AY MƏHKƏMƏYƏ VERİLƏN SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

BU AY MƏHKƏMƏYƏ VERİLƏN SIĞORTA ŞİRKƏTLƏRİ – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşadığımız dövr əmlak sığortasını tələb edir. Artıq əksər dünya ölkələrində insanlar rahatlıqla ev və avtomobillərini sığortalayır. Əmlakını sığortalamış şəxs arxayındır ki, baş verəcək istənilən hadisə qarşısında əmlakına dəyən zərər ödəniləcək. Çünki sığorta işinin mahiyyəti də məhz bundan ibarətdir. Təəssüf ki, Azərbaycanda belə deyil. Ölkədə kifayət qədər sığorta şirkəti fəaliyyət göstərsə də, hələ kimsə əmlakına, avtomobilinə dəymiş zərəri pul ödədiyi sığorta şirkətinin qarşıladığının şahidi olmayıb. Çünki ölkədəki sığorta şirkətləri büdcəsini sığortaçının ödədiyi vəsait hesabına formalaşdırsa da, ehtiyac yarandığı zaman həmin şəxsə yardım etmir, min bəhanə gətirib sığortaçını borclu çıxarır. Məhz bu səbəbdəndir ki, ölkədə sığorta şirkətlərinin fəaliyyətindən razı qalan yoxdur.

Tribuna.az yazır ki, narazılıq səbəbindən də ay ərzində sığorta şirkətləri dəfələrlə məhkəməyə verilir, onlar haqqında məhkəmədə iddia qaldırılır, mütxəlif ittihamlar irəli sürülür. Bu cür banklara etibar etmək lazım deyil. Çünki bu həmin şığorta şirkətlərinin qeyri-peşəkar fəaliyyətindən, dayanıqsızlığından xəbər verir.
Apardığımız kiçik araşdırma ilə ay ərzində ən çox məhkəməyə verilən sığorta şirkətlərinin adlarını müəyyən etmişik. Məhkəmə çəkişləmələrinin sayı ilə birgə ən çox şikayət olunan sığorta şirkətlərinin adlarını təqdim edirik:

“Azsığorta” 41 məhkəmə
“Atəşgah Sığorta” 35 məhkəmə
“Atasığorta” 25 məhkəmə
“Bakı Sığorta” 16 məhkəmə
“Xalq Sığorta” 14 məhkəmə
“Meqa Sığorta” 12 məhkəmə
“Günay Sığorta” 9 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” 7 məhkəmə
“Qala Həyat Sığorta” 3 məhkəmə