İngilis düşüncə mərkəzi Royal United Services Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutu (RUSI) NATO-nun refleksləri və Avropada baş verə biləcək bir müharibədə İngiltərənin aqibətinin necə olacağı ilə bağlı bir hesabat yayıb.
Qaynarinfo xəbər verir ki, hesabata görə, Şərqi Avropada bir müharibə baş verərsə, İngilis müdafiə qüvvələri Rusiya ordusu tərəfindən parçalanacaq və Rusiya raketləri İngiltərənin quru qüvvələrinə geniş zərbələr endirəcək.
“İngiltərənin 2015-ci il Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın NATO-ya qarşı təcavüzkar hərəkətlər etmək riskinin olduğu və İngiltərənin etibarlı şəkildə müdafiə gücünü artırmasının vacibliyi açıq şəkildə vurğulanır”, – hesabatda xatırladılıb.
Raporda bu durum şöyle ifade edildi: “NATO kuvvetlerinin, halihazırdaki topçu sınıfı ağır silah desteği yetersiz. Büyük bir ateş gücüne sahip düşmanla karşı karşıya kaldıklarında bu müttefik kuvvetlerinin moralini olumsuz yönde etkileyecek. Güçsüzlük ve durumsal farkındalık kaybı, birimlerin parçalanmasına önemli ölçüde katkı sağlayan iki önemli faktördür. NATO yeterli önlem almaması halinde, Rus kuvvetlerinin sahip olduğu uzun menzilli silahların hedefi haline geleceğini bilmelidir. Bu anlamda müttefik kuvvetler içindeki topçular bulundurarak psikolojik destek sağlamak şart.”
Hesabatda bunlar qeyd edilib:
“NATO qüvvələrinin mövcud artilleriya sinfinin ağır silah dəstəyi qeyri-kafidir. Böyük bir atəş gücünə sahib olan düşmənlərlə qarşı-qarşıya qaldıqda bu, müttəfiq qüvvələrin mənəvi vəziyyətinə çox pis təsir göstərəcək. Zəiflik və situasiyanı dərk etmək hissinin itirilməsi bölmələrin parçalanmasına əhəmiyyətli ölçüdə təsir edəcək iki əsas faktordur. NATO lazımi tədbirlər görməsə, Rusiya qüvvələrinin sahib olduğuy uzaq mənzilli silahların hədəfinə çevriləcəyini bilməlidir. Bu mənada müttəfiq qüvvələr içindəki artilleriyanı gücləndirərək psixoloji dəstək vermək vacibdir”.









