“Boeing”in səlahiyyəti əlindən alındı

“Boeing”in səlahiyyəti əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Federal Aviasiya Administrasiyası Boinqin 737 Max təyyarələrinə uçuşa yararlılıq sertifikatı vermək səlahiyyətini ləğv edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qurum 737 MAX-la bağlı sertifikatları yalnız özü verəcək. Bu addımın ictimai və təhlükəsizlik maraqları səbəbindən atıldığı bildirilir.
Qeyd edək ki, əvvəllər qərarlar kollektiv olaraq qəbul edilirdi. Lakin 737 MAX təyyarələri ilə baş verən iki faciə səbəbindən təyyarə konserni bu səlahiyyətləri yalnız FAA idarəetmə sisteminin standartlara tam uyğun olduğuna əmin olduqdan sonra geri alacaq.
Xatırladaq ki, Bu ilin martında Efiopiyada Boinq 737 max təyyarəsi qəzaya uğramış və 157 nəfər həyatını itirmişdi. Ötən il oktyabrın 29-da isə analoji hadisə İndoneziyada yaşanmışdı. Bu zaman isə 189 nəfər ölmüşdü. Hadisəyə səbəb kimi isə təyyarənin MCAS sistemində xəta olması göstərilib. Bu qəzaların ardından dünyanın əksər ölkələri 737 MAX təyyarəsinin istifadəsini qadağan ediblər. Sistemin bu ilin sonuna qədər bərpa edilməsi planlaşdırılsa da, Amerika Hava Yolları 737 MAX-ın istismara verilməsini mart ayına qədər təxirə salıb.