BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə haqqında Rusiya qətnaməsini qəbul edib.
Tribuna.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın saytı məlumat yayıb.
Qətnamənin lehinə 118 ölkə, o cümlədən Rusiya, Belarus, Hindistan, Suriya, Çin, Şimali Koreya, Kuba, İraq, Qazaxıstan, Qırğızıstan, Mərkəzi Afrika Respublikası, Ermənistan, Azərbaycan, İsrail, Braziliya, Kamerun, Kolumbiya, Misir, Argentina, Eritreya, Efiopiya, Qabon, Keniya, Nikaraqua, Boliviya, Pakistan, Peru, Qətər, Küveyt, Liviya, Mali, Meksika və s.
ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Ukrayna da daxil olmaqla 49 ölkə əleyhinə səs verib.
İsveçrə, Türkiyə və Koreya Respublikası da daxil olmaqla 14 ölkə bitərəf qalıb.









