Blumberq prezidentlik üçün bir həftəyə 30 milyon xərclədi, daha 1 milyard isə…

Blumberq prezidentlik üçün bir həftəyə 30 milyon xərclədi, daha 1 milyard isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nyu Yorkun keçmiş meri Maykl Blumberq öz siyasi reklamı üçün bir həftəyə təxminən 30 milyon dollar pul xərcləyib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı “Nyu York Tayms” “Advertising Analytics”in məlumatlarını araşdırarkən əldə edib.
Qeyd edək ki, bir qədər əvvəl siyasətçi prezident seçkiləri yarışında iştirak etmək istəyi barədə məlumat verib. Blumberq bu ərəfələrdə dövlət başçısı vəzifəsinə namizəd kimi qeydiyyata alınmaq üçün müraciət edib.
Bazar ertəsi günündən başlayaraq iyirmi Amerika ştatında altmış saniyəlik bir televiziya çarxı nümayiş ediləcək. Nəşr bunu “böyük bir büdcənin əlaməti” olaraq gördüyünü qeyd edib. Jurnalistlər ehtimal edir ki, Nyu Yorkun keçmiş meri öz seçki kampaniyası üçün azı 1 milyard dollar xərcləyə bilər.