Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti üzrə eniş qeydə alınıb.
Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,42% ucuzlaşaraq 75 830,10 ABŞ dollarına enib.
“Ethereum”un dəyəri 3,91% azalaraq 2 401,83 dollara, BNB 0,95% geriləyərək 714,49 dollara, “Zcash”ın dəyəri 0,91% azalaraq 1 135 dollara düşüb. “Monero” 1,06%, “Bitcoin Cash” 1,04%, “Bittensor” isə 5,49% dəyər itirib.
Qızıl əsaslı kriptovalyutalarda isə qarışıq dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) son sutkada 0,51% bahalaşaraq 4 327,59 dollara, “Tether Gold” (XAUT) isə 0,46% artaraq 4 322,32 dollara yüksəlib.
“CoinMarketCap 20” indeksi 2,90% azalaraq 156,27 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,52 trln. dollar səviyyəsindədir.









