Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə “Mübariz Ruh” tablosu hədiyyə edilib – VİDEO

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə “Mübariz Ruh” tablosu hədiyyə edilib – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunun Əliabad kəndində yerləşən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyinə dəyərli sənət əsəri təqdim olunub.

Tribuna.az xəbər verir ki, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı, rəssam Tərlan Eyvazov illər öncə ərsəyə gətirdiyi “Mübariz Ruh” adlı əsərini böyük qürur hissi ilə Milli Qəhrəmanın ev muzeyinə hədiyyə edib.

Təqdimat zamanı Tərlan Eyvazov muzeyin ictimai əsaslarla fəaliyyət göstərən direktoru Rəşad İbrahimova rəsm əsərinin ideyası, hazırlanma prosesi və daşıdığı mənəvi məna barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bu hədiyyə rəssamın uzun illər arzuladığı bir istəyin gerçəkləşməsi olub. “Mübariz Ruh” əsərinin Milli Qəhrəmanın doğma ocağında nümayiş etdirilməsi həm müəllif, həm də tədbir iştirakçıları tərəfindən böyük qürur hissi ilə qarşılanıb. Tədbir iştirakçıları bu addımın Mübariz İbrahimovun xatirəsinin yaşadılması və gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Dəniz Pənahova 

Tribuna.az