“Barselona” onunla 2031-ci ilədək müqavilə imzalamaq istəyir

“Barselona” onunla 2031-ci ilədək müqavilə imzalamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” futbolçusu Fermin Lopeslə yeni müqavilə imzalamağa hazırlaşır.

Tribuna.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. Kataloniya təmsilçisi 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin iyun ayına qədər davam edəcək yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qeyd edək ki, Fermin Lopesin “Barselona” ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. O, cari mövsüm bütün yarışlarda 25 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə verib.