“Baku Electronics”dən narazılıqlar artır – Şikayət

“Baku Electronics”dən narazılıqlar artır – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics” mağazalar şəbəkəsi ilə bağlı növbəti müştəri narazılığı ictimailəşdirilib.

Tribuna.az xəbər verir ki, Sevda Bayramova sosial şəbəkə hesabında paylaşım edərək şirkətin Yasamal filialından aldığı paltaryuyanın çatdırılması və quraşdırılması ilə bağlı problemlə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, noyabrın 1-də mağazanın Yasamal filialından paltaryuyan alıblar.

Məhsul bazar günü mənzilə çatdırılsa da, onun qablaşdırılması müştəridə suallar yaradıb. Belə ki, paltaryuyan qutuda deyil, sellofan torbada gətirilib.

Müştəri məhsulun vitrin nümunəsi ola biləcəyini ehtimal edir.

Sevda Bayramova əlavə edib ki, alış zamanı çatdırılma və quraşdırılma ilə bağlı əlaqə nömrəsi təqdim edilsə də, həmin nömrəyə zəng çatmır, WhatsApp müraciətlərinə cavab verilmir. Şirkətin 143 çağrı mərkəzi ilə də əlaqə saxlamaq mümkün olmayıb.

Şikayətçinin sözlərinə görə, şirkətin saytındakı onlayn dəstək xidmətinə müraciət etdikdə də problem həllini tapmayıb. Uzun müddət növbədə gözlədikdən sonra əməkdaşlar ya cavab vermir, ya da məsələnin onların səlahiyyətinə aid olmadığını bildirirlər. Ona sonradan müraciətinin qeydə alındığı deyilsə də, müştəri 10 gündür əlaqə saxlamağa çalışmasına baxmayaraq, sorğunun yalnız 1-2 gün əvvəl yaradıldığını öyrənib.

Müştəri 10 gündür aldlğı məhsulu gəlib quraşdırmayan “Baku Electronics”in xidmətindən və əməkdaşlarının laqeydliyindən narazıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul