“Hünər” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı məhkəmə iddiası qaldırılıb.
TİA.AZ xəbər verir ki, “Hünər” MTK-ya (VÖEN-1400546941) qarşı məhkəmə iddiası “Azsığorta” ASC tərəfindən qaldırılıb.”Azsığorta” ASC tərəfindən qaldırılan iddia Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.
Məhkəmə iddiası sığorta müqaviləsi üzrə mübahisələrə əsasən qaldırılıb.
Hazırda “Hünər” MTK-nın dövlət büdcəsinə 5 min 571 manat 52 qəpik vergi borcu da var.///yeniavaz.com









