Gürcüstanın Kutausi şəhərində dünya proqlamlaşdırma olimpiadasının yarımfinalı, Cənubi Qafqaz universitetlərinin proqramlaşdırma olimpiadası (İCPC) keçirilib. Yarışda Azərbaycan, Gürcüstan və Ermənistandan 55 komanda iştirak edib. Azərbaycandan 15 Universitetin 20 komandası iştirak edib. Yarışların yekununda, ilk beşliyi Gürcüstan və Ermənistan proqramçıları əldə edib. BANM və ADA komandaları müvafiq olaraq 6-cı və 11-ci yerləri qazana bilib. Heç bir komandamız finala çıxa bilməyib.
Tribuna.az yazır ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, bu tip olimpiada üzrə, bütövlükdə keçmiş sovetlər məkanını əhatə edən Avrasiya regionundan olmaqla(NERC) , Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan respublikaları və Rusiya Federasiyasının ali təhsil müəssisələrindən 276 komanda iştirak edib.
Avrasiya üzrə ilk 20 yerə çıxan komandalardan 15 Rusiya, 2 Belarus, 1 Qazaxstan, 1 Gürcüstan, 1 Ermənistan təmsilçisi yer alıb. Yalnız Azərbaycan, Tacikistan və Qırğızıstan kənarda qalıb.









