Azərbaycanlı astroloq Rusiyada yayılan vəba xəstəliyini aylar öncə təxmin etdi — TƏFƏRRÜAT/FOTO

Azərbaycanlı astroloq Rusiyada yayılan vəba xəstəliyini aylar öncə təxmin etdi — TƏFƏRRÜAT/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yayılan vəba xəstəliyi ilə bağlı bir sıra xarici astroloqların əvvəlcədən proqnozlar verdiyi ortaya çıxıb. Həmin şəxslər arasında azərbaycanlı astroloq Sabirə Cəfər də yer alıb.

Bəs astroloq bu barədə hansı proqnozu verib və səsləndirdiyi fikirlər nəyə əsaslanıb? Sabirə Cəfər məsələ ilə bağlı təfərrüatları Tribuna.az-a açıqlayıb.

Astroloqun sözlərinə görə, o, bu təxminlərini 6 avqustda sosial şəbəkədə paylaşıb. Belə ki, 12 avqustda baş verən Şirdəki tutulmaların 6 aylıq təsirləri var. Bu, ciddi bir virus vəd edir.

Sabirə Cəfərin fikrincə, adətən bizim media qaynaqlarımız nədənsə, öz astroloqlarımızdan referans vermirlər. Onlar təəssüflər olsun ki, daha çox xarici astroloqlara yönəlirlər.

Astroloq əlavə edib ki, bizim cəmiyyət üçün xaricdə yaşayanların fikri nədənsə, daha dəyərli hesab edilir. Ona görə də bir çox alimimiz və professional insanlarımız ölkədən beyin köçü edir. Çünki bu, hər zaman belədir və biz yüksələn Oxatan ölkəsiyik. Özümüzün olan heç nəyin dəyəri olmur. Ümumiyyətlə, insanlar zaman-zaman özümüzdə də normal təxmin verənləri görsələr, bəlkə də inanarlar ki, həqiqətən də bu iş ölkə kənarındakından da daha dəyərlidir.

Sabirə Cəfər AZAL-ın təyyarə qəzasını xatırladaraq deyib:

“Mən öncədən təyyarə qəzası olacaq deyə bir xəbərdarlıq etmişdim. Azərbaycanda bir hadisənin baş verəcəyi barədə türk astroloq da proqnoz etmişdi. Onun təxmini mediamızda tirajlandı. Lakin mənim nöqtə atışı təxmini bir sayt belə dərc etmədi”.

Ölkədə tanınmış bir çox astroloqun saf astrologiya ilə əlaqəsi olmadığını vurğulayan mütəxəsis deyib:

“Əvvəllər efirlərdə ağlına gələni yazıb səsləndirirdilər. İnsanlar da onların yalan təxminləri ilə yanlış təsəvvürlərə qapılmışdı. Elə onların yalanları məni saf astrologiyanı başqa qaynaqlardan öyrənməyə vadar etdi. İşinin peşəkarı olanlar qışqırıb bağırmır. Özünü reklam edənlər adətən qeyri-peşəkar olur. Çünki onların görünməyə ehtiyacları var. Qızıl dükanlarının önündə həmişə az insan olur. Çünki belə keyfiyyəti hər adam axtarmır. Bizdə bir imic formalaşdırmaq, sonra da cəfəngiyat danışmaq halları çoxdur”.

“Astrologiya girdikcə, dərinləşən bir sahədir. İnsan xəritəsi ilə yanaşı dünya xəritələrini görə bilməyənlər özünə astroloq deməməlidir. İnsan dünyada sadəcə olaraq çox kiçik bir zərrərdir. Böyük rəsmi görməyən kiçik rəsmi də görə bilməz. İnsanın xəritəsində Mars planetində baxmaqla onun necə davranacağını görmək asandır. Amma ölkəni və dünyanı təxmin etmək böyük bir şeydir”, — deyə astroloq xüsusi qeyd edib.

Astrologiyada KAD və QAD anlayışlarına da toxunan mütəxəsis sonda vurğulayıb:

“Xəritədə önəmli olmayan bir nöqtə yoxdur. O, bir bütün, bir bədən kimidir. Necə ki, hər bir əzamızın özünəməxsus yeri var, eləcə də xəritədə hər bir planetin öz mənası var. KAD və QAD ay düyümlərini bildirir. Cənub ay düyümü və Şimal ay düyümü deyə qeyd olunur. Şimal ay düyümü bizim bu həyatdakı təcrübələrimizi, Cənub Ay düyümü isə keçmiş həyatlardan gətirdiyimiz təcrübələrimizi göstərir. Ay düyümləri tutulmaların olduğu dərəcələrdir. Yəni, xəritənizdə ay düyümləri haradadırsa, siz doğulandan öncə və yaxud da doğulduğunuz əsnada tutulmalar o bürclərdə olur. Həmin bürclər sizin həyatınızda çox önəmli bir yer tutur. Çünki o tutulmalar hansı bürcdə olubsa, ondan sonra doğulan 6 ay ərzində insanlarda adətən peşə seçimində, həyat istiqamətini müəyyən etməkdə bu tutulmaların təsiri çox güclü olur. Amma başlı-başına bir məna ifadə etməz. Ona görə də xətirədə şəxsi planetlər var. Eyni zamanda sosial planetlər də var. Həmçinin kollektiv planetlər də mövcuddur. Hər bir planet aldığı aspektlərə görə məna daşıyır. Eyni gün, eyni saat dilimində, eyni coğrafi koordinatda doğulan insanlar belə, fərqli-fərqli xəritələrə sahib ola bilirlər. Bu mənada kosmik əkizlər mövzusunu işləyirəm. Ancaq bu çox nadir rastlanan bir haldır”.

Dəniz Pənahova
Tribuna.az