Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda neft hasilatı azalma tendensiyasını davam etdirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkədə qaz kondensatı da daxil olmaqla xam neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 421,8 min ton və ya 3,1 faiz azalaraq 13 milyon 270 min ton təşkil edib.

Tribuna.az xəbər verir ki, hesabat dövründə əmtəəlik xam neft hasilatı da 3,1 faiz geriləyib. Belə ki, ilk altı ay ərzində 13 milyon 236 min ton əmtəəlik xam neft hasil olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 424,2 min ton azdır.

Gülşən Rəsul