Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün daha iki oyun baş tutacaq.
Tribuna.az -ın məlumatına görə, əvvəlcə “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Rəvan Həmzəzadənin idarəçilik edəcəyi qarşılaşma saat 16.00-da başlayacaq.
Günün son oyunu Sumqayıtda, “Kapital Bank Arena”da keçiriləcək. Baş hakim Rəşad Əhmədovun idarəçiliyi fonunda “Sumqayıt” doğma azarkeşlər önündə “Səbail”lə görüşəcək.
Turun dünən baş tutab bir matçında aşağıdakı nəticə qeydə alınıb:
“Qəbələ” – “Sabah” 1:0
Azərbaycan Premyer Liqası, 18-ci tur
23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”
“Qarabağ” – 38, “Zirə” – 29, “Səbail” -26, “Araz-Naxçıvan” – 26, “Neftçi” – 25, “Sumqayıt” – 24, “Sabah” – 22, “Turan Tovuz” – 19, “Kəpəz” – 14, “Qəbələ” – 14









