Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,88 ABŞ dolları və ya 3,82 % azalaraq 72,46 ABŞ dolları təşkil edib.
Tribuna.az xəbər verir ki, bu barədə “informasiya hərracların nəticələrində yer alıb.
“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 68,79 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.









