Azərbaycan nefti 7 dollar bahalaşdı – Yeni qiymət

Azərbaycan nefti 7 dollar bahalaşdı – Yeni qiymət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Tribuna.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6.97 dollar və ya 7,64% artaraq 98.19 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,23 ABŞ dolları və ya 8,32 % artaraq 94,12 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,2 ABŞ dolları təşkil edib.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,46 dollar və ya 11,96 faiz artaraq bir barel üçün 60,48 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 5,46 dollar və ya 6,37 faiz artaraq bir barel üçün 91,20 dollara çatıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.