NASA direktoru Jim Bridenstine 2022-ci ildə su tapması üçün Aya qolf arabası böyüklükdə VIPER adlı bir robot göndərəcəklərini açıqlayıb.
TİA.AZ xəbər verir ki, VIPER-in 2024-cü ildə “Aya səfər” proqramına həyati əhəmiyyətli materiallar baxımından böyük dəstək verəcəyi gözlənilir.
“VIPER su mənbəyinin harada olduğunu axtaracaq. Suyun yerini tapa və nəticədə onu yer üzünə çıxaracağıq. Niyə bu layihə bu qədər vacibdir? Çünki su ən böyük həyat mənbəyidir”, – Bridenstine cümə günü Vaşinqtonda təşkil edilən Beynəlxalq Astronomiya Konqresində deyib.
Robot VIPER-in Ayın cənub hissəsinə 2022-ci ilin dekabr ayında enəcəyi, hidrogen və oksigen izlərini üzə çıxarmaq üçün dörd aləti üstündə daşıyacağı gözlənilir.
NASA-nın Kaliforniyadakı Ames Araşdırma Mərkəzi Robot VIPER-in ilk 100 günlük məlumatlarından istifadə edərək Ayın ilk qlobal su ehtiyatları xəritəsini yaradacaq.









