Haluk Leventlə bağlı aparılan araşdırmalar və səsləndirilən iddialar Türkiyə ictimaiyyətinin diqqət mərkəzindədir.
Hazırda AHBAP Dərnəyinin fəaliyyəti araşdırılır.
Tribuna.az xəbər verir ki, Haluk Leventin saxlanılmasından sonra onun haqqında səsləndirdiyi fikirlərlə tanınan müğənni Atilla Taş yenidən diqqət çəkən paylaşım edib.
Atilla Taş sosial media hesabında yayımladığı videoda Haluk Leventi sərt sözlərlə hədəf alıb.
Müğənni Haluk Leventin “yalançı” və “saxtakar” olduğunu iddia edərək, bu fikirləri illərdir səsləndirdiyini bildirib.
“İllərdir bunları deyirdim. Məni linç etdilər. Onu müxalifət sayanlar, o müxalifət deyil. Müxalifət olan mənəm. Həqiqəti dediyimə görə də həbs yatdım.
Haluk isə həmişə belə olub. Dəfələrlə ona inançayın demişdim. Məni linç edirdiniz”, – deyə Atilla Taş videoda bildirib.
O, AHBAP Dərnəyinin fəaliyyəti ilə bağlı da iradlarını təkrarlayıb.
Qeyd edək ki, Haluk Levent və AHBAP daha əvvəl də oxşar ittihamlarla bağlı iddiaları rədd edib, dərnəyin maliyyə fəaliyyətinin şəffaf olduğunu və ianələrin təyinatı üzrə xərcləndiyini bəyan ediblər.
Atilla Taşın paylaşdığı videonu təqdim edirik.
Gülşən Rəsul









