Türkiyəli futbol adamı Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor Donetsk” vaxtından əvvəl Ukrayna çempionu olub.
Tribuna.az xəbər verir ki, komanda Ukrayna Premyer Liqasının növbəti turunda “Poltava” üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq mövsümün sonuna 3 tur qalmış çempionluğu təmin edib.
Bu uğurla “Şaxtyor” klub tarixində 16-cı dəfə ölkə çempionu adına sahib çıxıb.
Arda Turan isə Ukraynada keçirdiyi ilk mövsümdəcə titul qazanaraq məşqçilik karyerasına daha bir uğur əlavə edib. Gənc mütəxəssisin komandadakı nəticələri futbol ictimaiyyətində də maraqla qarşılanıb.









