APL: XXXI tur bu gün başlayır

APL: XXXI tur bu gün başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

Tribuna.az-ın məlumatına görə, birinci oyun günündə iki matç keçiriləcək.

Turun açılış matçında “İmişli” “Zirə”ni qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 16:30-da başlayacaq.

Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən “Sabah” “Kəpəz”i sınağa çəkəcək. “Bank Respublika Arena”dakı oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 10-da yekun vurulacaq.