Alman futbolçu rəsmən “Barsa”da

Alman futbolçu rəsmən “Barsa”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” komandası heyətinə yeni futbolçu cəlb edib.

Tribuna.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) kollektivindən Kərim Adeyeminin keçidini rəsmiləşdirib.

24 yaşlı oyunçu ilə 2031-ci ilədək müqavilə imzalanıb.

Transfer haqqı bonuslarla birgə 29 milyon avro təşkil edir.